ABŞ Şimali Koreya ilə müharibə etmək istəmir.
Ucnoqta.az "Ölk.az"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, Amerika KXDR ilə yaranmış gərginliyi danışıqlar vasitəsilə aradan qaldırmaq istəyir.
“ABŞ istəmir ki, bölgədəki vəziyyəti daha da gərginləşdirsin. Bu səbəbdən biz müharibənin əleyhinəyik. Lakin KXDR rəhbərliyi bizə çıxış yolu qoymur. Biz həmişə çalışırıq gərginliyi yumşaldaq. Bundan sonra da məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. ABŞ Şimali Koreya ilə müharibə aparmaq istəmir. Lakin Amerika bütün vasitələrə hazırdır”, - deyə Reks Tillerson bildirib.