Saakaşvili Poroşenko ilə razılıqdan danışdı

10:07 - 16 Dekabr 2017 - DÜNYA

Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanın prezident Pyotr Poroşenko ilə razılığa gəlməyin lazım olduğunu bildirib.

 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Saakaşvili “NewsOne” kanalının efirində söyləyib.

 

O, Poroşenkonu “düşmənlə əlbir olmaqda” ittiham etmədiyini də qeyd edib.

 

“Biz hamımız bir istiqaməti tutmalıyıq, o barədə danışmalıyıq, o cümlədən onunla. Lakin eyni zamanda biz ölkəni çəkişdirməmək barədə razılığa gəlməliyik”,- deyə Saakaşvili vurğulayıb.

 

Qeyd edək ki, Saakaşvili dövrü olaraq prezident Poroşenkonun administrasiyasını kəskin şəkildə tənqid edir.

Xəbər xətti