Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında toqquşma başlayıb.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, əl-Əqsa məscidindən qayıdan sakinlər ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınmasına etiraz olaraq aksiyaya başlayıblar.
Toqquşmaların miqyası böyüdüyündən, bölgəyə atlı polislər yeridilib.
Hazırda aksiya davam edir.
Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.