Peterburqda terror aktının qarşısı alındı

15:33 - 15 Dekabr 2017 - DÜNYA

Sankt-Peterburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində planlaşdırılan terror aktının qarşısı alınıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, iki gün ərzində keçirilən əməliyyatlarda İŞİD terror təşkilatının üzv olduğu hesab edilən 7 şəxs saxlanılıb.
 

Onların dekabrın 16-da Sankt-Peterburqun kütləvi yerlərində partlayışların törədilməsi planlaşdırdığı məlum olub.

Məlumata görə, əməliyyat nəticəsində çox sayda partlayıcı maddə, silah-sursat və ekstremist ədəbiyyat ələ keçirilib.

Xəbər xətti