Moskvanın "Zamoskvoretskiy" məhkəməsi Rusiyanın sabiq iqtisadiyyat naziri haqqında hökm verib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 2 milyon dollar rüşvət alma ittihamı ilə ev dustağı edilən Aleksey Ulyukayevin cinayəti sübuta yetirilib.
Xəbərə əsasən, hakim Larisa Semyonova "Rəsmi vəzifədə olan Ulyukayev rüşvət almaqla cinayət törədib"- deyib.
Ulyukayevin cəzası bu gün məlum olacaq. Prokuror keçmiş nazirin ev həbsi və 500 milyon rubl cəriməyə məhkum edilməsini tələb edib.
Bildirilir ki, Ulyukayev "Rosneft"in "Başneft"in hissələrini ala bilməsi üçün nazirlik tərəfindən müsbət rəy verilməsinə görə rüşvət alıb.