Millət vəkili Pentensiar Xidməti tənqid etdi

13:06 - 15 Dekabr 2017 - SİYASƏT

Milli Məclisin bu gün keçirilən iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub.

 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.

 
O qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: “Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib”.
 
Deputat Milli Məclisin bu məsələləri nəzarətə götürməsini təklif edib.

Xəbər xətti