Rusiyanın “Zvezda” kanalında yayımlanan siyasi tok-şouda azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, mübahisə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı sərt, təhqiramiz fikirlər səslənərkən yaranıb.
Fuad Abbasov ekspert kürsüsündə əyləşən Sarkis Çaturyan, Qevorq Mirzoyan və suriyalı həmkarı Aabas Cüməyə yaxınlaşaraq “Mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən türklərə fobiyası olan erməni və Suriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm”,- deyib.
Bu zaman mübahisə qızışıb və Abbasovla Çaturyan əlbəyaxa dava etməyə cəhd ediblər. Aparıcılar qonaqları ayırıb sakitləşdirməyə çalışarkən Çaturyan jurnalisti hədələyərək “Problem istəyirsənsə, olacaq. Dilinə sahib ol”,- söyləyib.