Şeytan adı, soyadı olan insandır — Roma Papasından ŞOK AÇIQLAMA

22:20 - 15 Dekabr 2017 - DÜNYA

Katolik Kilsəsinin lideri Papa Fransisko şok açıqlamalar verib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Papa şeytanın real bir insan olduğunu və onunla dialoq qurulmamasının lazım olduğunu bildirib. Papanın bu açıqlamaları insanların çaşqınlığına səbəb olub.
 

Papa deyib: "Şeytan pislikdir. O tüstü deyil. Yayılan bir şey deyil, insandır. Onunla dialoqa girsəniz, məğlub olarsınız. O bizdən daha ağıllıdır. Sizi alt-üst edər, ağlınızı başınızdan alar".
 

Papa bu fikirləri "Tv2000" telekanalında bir din xadimi ilə söhbətində səsləndirib. Aparıcı Don Markonun "Yəni şeytanın adı və soyadı olduğunu söyləyirsiniz?"- sualına Papa "bəli, əminəm"- cavabını verib.
 

Papa bundan başqa şeytanın nəzakətli davranışla insanların ağlına girdiyini də qeyd edib. Fransesko şeytanın var olduğunu, onunla mübarizə etməyin vacibliyini bildirib.

Xəbər xətti