İran əleyhinə beynəlxalq koalisiya yaradıla bilər.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir niyyətlə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli çıxış edib.
N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib ki, İrana qarşı və onların etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmaq zəruridir.
N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib.