Yaponiya hökuməti Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edir.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Yaponiya hökuməti 19 təşkilatın aktivlərini dondurub. Bu barədə jurnalistlərə ölkənin nazirlər kabinetinin baş katibi Yösixide Suqa məlumat verib.
Məlumatda deyilir: "Bu gün keçirilən hökumət iclasında Şimali Koreyada saxlanılan yapon vətəndaşlarının problemi və raket proqramının həlli üçün əlavə tədbirlər görülüb. Bununla da 19 təşkilatın aktivləri dondurulub. Bizim dövlətimiz dialoq və təzyiq prinsipləri üzrə hərəkət edir. Biz tələb edirik ki, Şimali Koreya raket proqramı ilə bağlı konkret addımlar atsın".