İraqda həbsdə olan 38 nəfər məhkum edam edilib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, terror ittihamı ilə günahlandırılan məhkumlar kütləvi şəkildə öldürülüb.
Bu xəbəri İraqın ədliyyə nazirliyi yayıb. Məhkumların edamı ölkənin cənubundakı Nasıriyə səmtində edam edilib.
Qeyd edək ki, 24 sentyabr tarixində də 42 nəfər eyni ittihamla edam edilmişdi. O zaman edam edilənlərin İŞİD üzvü olduğu bildirilirdi.