Niderlandın Limburq əyalətində bıçaqla silahlanmış şəxs insanlara hücum edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə yerli “Algemeen Dagblad” qəzeti məlumat yayıb.
Məlumata əsasən, insident Maastrix şəhərində qeydə alınıb. Hücum nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb. Polis artıq şübhəli şəxsi saxlayıb.
Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, hücum terrorla əlaqəsi yoxdur.