Çindən müstəqil Fələstinə dəstək

17:36 - 14 Dekabr 2017 - DÜNYA

Çinin xarici işlər nazirliyinin mətbuat katibi Lu Kanq Pekində təşkil edilən məbuat konfransında vacib açıqlamalar verib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Kanq İƏT-in İstanbulda keçirilən Qüds mövzulu zirvə görüşündə edilən çağırışla bağlı İslam ölkələrinin Qüdsə aid narahatçılıqlarının Çin tərəfindən başa düşüldüyünü bildirib.
 

Çinin Qüds məsələsində BMT-nin qərarlarını və beynəlxalq ictimaiyyətin fikir birliyini dəstəklədiyini qeyd edən Lu, 1967-ci il sərhədlərinə görə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətini dəstəklədiklərini də vurğulayıb: "Çin hökuməti ümid edir ki, İsrail və Fələstin arasındakı müzakirələr ən qısa müddətə başlayacaq".

Xəbər xətti