"Atletiko"nun futbolçusu Fernando Torres açıqlama verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ispan hücumçu komandasının bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib.
Torres "Qarabağ"la matçdakı nəticələrin ÇL-də mövqelərinə təsir etdiyini bildirib:
"Şübhəsiz, biz mövsümə pis başladıq. Amma bu, uzun yoldur. Təqvim də Çempionlar Liqasında bizə təsir etdi. Komanda qeyri-sabit oynayırdı. "Qarabağ"la matçlarda etdiyimiz iki heç-heçə bizi Çempionlar Liqasında mübarizəni davam etdirməkdən məhrum etdi. Ancaq indi başqa şanslarımız var".
Qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə hər iki oyundan heç-heçə (0:0, 1:1) edib.