Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”la heç-heçələr bizi ÇL-dən kənarda qoydu” - <font color=red><b>Torres</b></font>

17:29 - 14 Dekabr 2017 tarixində dərc olunub.

"Atletiko"nun futbolçusu Fernando Torres açıqlama verib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ispan hücumçu komandasının bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib.

Torres "Qarabağ"la matçdakı nəticələrin ÇL-də mövqelərinə təsir etdiyini bildirib:

"Şübhəsiz, biz mövsümə pis başladıq. Amma bu, uzun yoldur. Təqvim də Çempionlar Liqasında bizə təsir etdi. Komanda qeyri-sabit oynayırdı. "Qarabağ"la matçlarda etdiyimiz iki heç-heçə bizi Çempionlar Liqasında mübarizəni davam etdirməkdən məhrum etdi. Ancaq indi başqa şanslarımız var".
 

Qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə hər iki oyundan heç-heçə (0:0, 1:1) edib.

Müəllif: