Yunanıstanın paytaxtı Afinada Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hücumu anarxistlər Yəmənin ər-Riyad tərəfindən bombalanmasına etiraz olaraq törədiblər.
Səhər saatlarında səfirliyə yaxınlaşan bir qrup mühafizə köşkünü dağıdıb və səfirlik binasına müxtəlif əşyalar atıb.
Etirazçılar Səudiyyə Ərəbistanında hökm sürən feodal qanunlara və bu qanunların bütün dünyaya yayılması cəhdlərinə qarşı etiraz etdiklərini bildirib.