Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukrayna hökumətinin ona Maldivə bir illik “putyovka” təklif etdiyini bildirib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu siyasətçi telekanallardan birində çıxışı zamanı deyib:
“Əgər böyük bəlaya düşmək istəmirsənsə, biz sənə ya Niderlanda, ya da Maldivə 2019-cu ilə qədər “putyovka” ala bilərik. Yetər ki, bizi rahat burax”.
Saakaşvili əlavə edib ki, heç nədən qorxmurdu, baxmayaraq ki, onu istənilən küçədən götürüb apara bilərdilər: “Onlar 200 nəfər idilər və söyüşlərlə qapımı qırırdılar. Sonra daha 30 nəfər məni həbsxanaya aparmağa çalışdı. Onlar məni itələyir, döyür, təhqir edirdilər. Mən özüm –özümü alçaltmayana kimi onlar məni alçalda bilməzlər. Mən qorxmurdum”.