ABŞ prezidentinin köməkçisi Mayk Pensin İsrail səfəri təxirə salınıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Pensin gələn həftənin bazar ertəsinə təyin edilən səfəri təxirə salınıb.
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi qəbul etməsindən sonra Fələstin lideri Mayk Penslə görüş təklifini rədd edib. Prezident köməkçisinin İsrailə səfəri də təxirə salınıb.
"Jerusalem Post" qəzetinin müxbiri Lahav Harkov yazır ki, Pensin səfəri ABŞ Konqresinə vergi islahatları qanunu zamanı baş verən mübahisələrə görə təxirə salınıb. Harkov səfərin bir neçə günlüyə təxirə salındığını qeyd edir.