Vladimir Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"

13:41 - 14 Dekabr 2017 - DÜNYA

 "Özüm özümə rəqib yetişdirəsi deyiləm".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında gələn il ölkəsində keçiriləcək prezident seçkilərində rəqibləri ilə bağlı danışarkən deyib.

"Müxalifət haqqında danışan zaman yalnız meydanlarda səs-küy salmaq yox, həm də nəsə təklif etmək vacibdir. Səs-küylü yox, real gündəmlər təklif etmək lazımdır", - V.Putin bildirib.
O, həmçinin vurğulayıb ki, ölkədə onun fikirlərini dəstəkləyən siyasi qüvvələrin, eləcə də vətəndaşların geniş dəstəyinə ümid edir. 

Xəbər xətti