Saakaşvilini arzusu: "Mer olmaq istəyirəm"

12:19 - 14 Dekabr 2017 - DÜNYA

Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili arzusunu açıqlayıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, Ukraynanın "24 kanal" televiziyasının efirində M.Saakaşvili Odessa meri olmaq istədiyini bəyan edib.
 

Keçmiş qubernator bildirib: "Bilirsinizmi nəyi arzulayıram? Mən sadəcə Odessaya getmək və mer olmaq istəyirəm. Çox istəyirəm ki, Odessanı inkişaf etdirim. Lakin bu o halda mümkün ola bilər ki, oyunun bütün qaydaları dəyişdirilsin".

Xəbər xətti