Somalinin paytaxtı Moqadişidə polis akademiyasında terror aktı olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 13 nəfər ölüb, 15-i isə yaralıdır. Partlayış terrorçu-kamikadzenin özünü akademiyanın içərisində partlatması nəticəsində baş verib.
Terrora görə məsuliyyəti “Aş-Şabab” qruplaşması öz üzərinə götürüb.