Kanadada təyyarə qəzası — Ölənlərin sayı bilinmir

10:18 - 14 Dekabr 2017 - DÜNYA

Kanadanın Saskaçevan vilayətinin Fon-dyu Lak hava limanında təyyarə qəzası baş verib.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, onlarla sərnişini olan təyyarə uçuş zolağı yaxınlığında yerə çaxılıb.
 

"CBC" kanalının xəbərinə əsasən, 22 sərnişin və ekipajın 3 üzvü xəsarət alıb. Amma ölənlər barədə məlumat verilmir.
 

Söhbət "West Wind Aviation" avia şirkətinin "ATR42" tipli təyyarəsindən gedir. Təyyarədə ən azı 25 nəər olub. Təyyarə hava limanından 1 km aralıda naməlum səbəblərdən qəzaya uğrayıb.
 

Ərazidə xilasedicilər işləyir. Kanadanın nəqliyyat nazirliyi insidentin təhqiqatına başlayıb.

Xəbər xətti