Səudiyyə kralından çağırış — "Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaradılsın"

17:39 - 13 Dekabr 2017 - DÜNYA

Səudiyyə Ərəbistanının kralı Salman ben Əbdül Əziz Əl Səud bütün münaqişələrin siyasi həllinə çağırıb.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, kralın bəyanatına əsasən, Fələstin münaqişəsi də həll edilməli, fələstinlilərin qanuni hüquqları bərpa edilməli, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır.
 

Kral "Əl İhbariyə" kanalına çıxışında deyib: "Krallıq regiondakı bütün münaqişələrdən çıxış yolu kimi siyasi həll variantlarının axtarışına çağırır. Fələstinlilərə qanuni hüquqları qaytarılmalı, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır".
Kral Salman ABŞ prezidentinin Qüdslə bağlı qərarını tənqid edib. Salman bildirib ki, bu, fələstin xalqının hüquqlarının pozulması deməkdir.

Xəbər xətti