Azərbaycanın yeni yaranan U-18 yığmasına baş məşqçi təyin olunan Zaur Həşimov bununla bağlı fikirlərini bölüşüb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis bunları söyləyib:
“Mənə qürurverici və məsuliyyətli bir iş tapşırılıb. Etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Azərbaycan futboluna fayda vermək üçün bütün bacarığımla çalışacağam”.