ABŞ-ın dövlət katibi Reks Tillerson ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülmə vaxtını açıqlayıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, amerikalı diplomatın sözlərinə əsasən, bu, 3 ildən sonra baş verəcək. ABŞ səfirliyinin Qüdsə köçürülməsi 2020-2021-ci ildən tez baş verməyəcək.
"Bu tez baş verməyəcək. Çox güman ki, üç ildən tez səfirlik köçürülməyəcək"-deyə Tillerson açıqlama verib.
Qeyd edək ki, bir müddət əvvəl Qüds işləri üzrə nazir Zeyev Elkin bəyan etmişdi ki, yeni səfirlik üçün torpaq sahəsi tapmaq və təhlükəsizliyin tam təmin edildiyi səfirlik inşa etmək üçün bir neçə il vaxt lazımdır.