“Rəşad bu təyinatlara razı deyildi” - Qurban Qurbanov

16:01 - 13 Dekabr 2017 - İDMAN

İlin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırmadan sonra jurnalistlərin suallarını cavablandırıb.


Ucnoqta.az “Qafqazinfo”ya istinadən həmin müsahibəni təqdim edir:

Həmişə demişəm ki, bu adlar mənim üçün məsuliyyətdir. Çalışıram ki, daha da diqqətli olum. Hamıya minnətdarlığımı bildirirəm.
 

- Millidəki yeni təyinatlar haqqında fikirləriniz necədir?

- İndi bu barədə danışmaq düzgün olmaz. Dekabrın 20-dən sonra mətbuat konfransı təşkil edəcəyik. Orda daha ətraflı məlumatlar verəcəyik.
 

- Rəşad Sadıqov U-21 və U-20 milli komandalara baş məşqçi təyin edilib. Həmçinin o, “Qarabağ” U-19 komandasında işləyir. Sizcə, bu qədər iş onun üçün problem olmaz?

- Yox, fikrimcə, heç bir problem olmaz. Çünki biz futbolun içindəyik və bir işin arxasınca getsək, inkişafımız üçün az olar. Çalışmalıyıq ki, bir komanda ilə yox, bir futbolçu ilə yox çox işləyək. Bu bizim şüurumuzun inkişafına kömək edəcək. Ümumiyyətlə, insanın bu yaş dövründə daha çox enerjisi olur. Potensial da varsa, ondana daha çox yerdə istifadə etmək lazımdır. Ağır olacaq. Özü bu təyinatlara razı deyildi. Uzun zaman təkid edib onu razı saldıq. Bilirik ki, Rəşadı çox məsuliyyətli işin altına atmışıq. Mən onu yaxşı tanıyıram. Güvənirik və inanırıq.
 

- Niyə Gürcüstanla yoxlama görüşü keçirməyi seçdiniz?

- Bilirsiz, indi rəqib tapmaq çətindir. Ən azından Gürcüstan Futbol Federasiyası və AFFA arasında dostluq münasibətləri var. Danışıqlar getdi və razılıq əldə olundu.

Xəbər xətti