Türkiyənin cənub sərhədləri Suriya ərazisindən atəşə tutulub.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, atəş YPG və PYD qruplaşmalarının nəzarətində olan ərazilərdən açılıb.
Hadisə nəticəsində Şanlıurfa vilayətində bir dinc sakin yaralanıb.
Türkiyə ordusu atəşə cavab verib. Sərhəd bölgəsində nəzarət gücləndirilib.