Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar müxtəlif saatlarda hiss olunub.
Zəlzələlər nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.
Sonuncu təkanlar 1 saat öncə 4 bal gücündə yerin 59 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkanların gün ərzində davam edə biləcəyi istisna olunmur.