Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin paytaxtı Səna şəhərinin şərqindəki polis mərkəzinə hava zərbələri endirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 39 nəfərin öldüyü, 90 nəfərin isə yaralandığı bildirilir.
Polis məntəqəsində ölənlər məhkumlar olub.
Qeyd edək ki, paytaxt Səna 2014-cü ildən bu yana husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ilin martından Yəmən hökumətinə dəstək göstərir.