Tramp müdafiəyə 692 milyard ayırdı, ordunun sayını isə artırdı

10:59 - 13 Dekabr 2017 - DÜNYA

2018-ci ildə ABŞ yeddi il sonra ilk dəfə olaraq hərbi qulluqçularının sayını artıracaq.


Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp bəyanat verib. 

Amerikalı lider onu da əlavə edib ki, gələn ildən hərbçilərin maaşları da artırılacaq. Bu, son 8 ilin ən iri artımı olacaq. 
 

Qeyd edək ki, daha əvvəl Donald Tramp 2018-ci il üzrə ABŞ-ın müdafiə büdcəsini imzalamışdı. Vaşinqton sənədə müvafiq olaraq müdafiə məqsədilə büdcədən 692 milyard dollar ayıracaq. Bunun 4,6 milyardı Avropada Rusiya aqressiyasının qarşısını almaq üçün istifadə ediləcək. 

Bundan başqa, layihədə Ukraynaya 350 milyon dollar hərbi yardım nəzərdə tutulur. 

Xəbər xətti