Çexiyanın paytaxtı Praqada yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi Martin Kavka bildirib.
Məlumata əsasən, yanğın vağzalda yerləşən restoranlardan birində başlayıb. Binada olan 600-ə yaxın insan təxliyyə edilib. Yanğın söndürülüb.
Yanğının ölkə daxili və beynəlxalq reyslərə təsir etmədiyi vurğulanıb.