ABŞ Şimali Koreya ilə danışıqlara getməyə hazırdır.
Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, ABŞ Şimali Koreya ilə “istənilən vaxt” danışıqlar apara bilər.
“ABŞ Şimali Koreya ilə danışıqlara getməyə hazırdır. Əsas odur ki, bunu Şimali Koreya rəhbəri istəsin. Onlar danışıqlar masasına oturmağa hazır olan vaxt münasibətlərə aydınlıq gətirilə bilər”, - deyə Reks Tillerson bildirib.
Reks Tillerson onu da əlavə edib ki, Şimali Koreya rəhbərliyi danışıqlar yolunu seçməyiblər. Onun sözlərinə görə, Şimali Koreya hər dəfə raket sınağını həyata keçirtdikcə, dünya ölkələrini təhlükəyə ataraq, sülhdən uzaq olduqlarını bir daha sübut edirlər.