Rusiya Yəmənin paytaxtı Səna şəhərindəki səfirlik binasının işçilərini və bu şəhərdəki vətəndaşlarını təxliyə edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təxliyə edilənlərin hansı şəhərlərə aparıldığı barədə açıqlama verilməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyində koalisiya qüvvələrinin hücumu altında olan Səna şəhərində son günlər atışmalar şiddətlənib.