Ukrayna Baş Prokurorluğu Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini dekabrın 18-də istintaqa çağırıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, dekabrın 8-də Saakaşvili tutulub. Ölkə parlamenti deputatlarının zəmanəti nəticəsində məhkəmə onu sərbəst buraxıb.