Avstriyadan keçən qaz kəmərində partlayış baş verib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu səbəbdən üç Avropa ölkəsinə Rusiya qazının nəqli dayandırılıb.
Baumqarten şəhərindən keçən qaz kəmərindəki partlayış bu gün baş verib. "Gas Connect Austria" şirkətinin nümayəndəsi bildirib ki, terminala ciddi ziyan dəyib. Sözügedən şirkət qaz şəbəkəsinə xidmət edir. Şirkətin nümayəndəsi bildirib ki, Xorvatiya, İtaliya və Sloveniyaya qazın nəqlində problemlər yaranıb.
Avstriya polisi bildirib ki, bir nəfərin ölümünə, 60 nəfərin xəsarət almasına səbəb olan partlayış texniki səbəblərdən baş verib.