Hindistanın Cammu-Kəşmir ştatında baş vermiş qar uçqunu nəticəsində beş hərbçi həlak olub.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, uçquna son bir neçə gün ərzində yağan güclü qar səbəb olub.
Hərbçilər müxtəlif bölgələrdə baş verən uçqunlarda həlak olub.
Hazırda dağlıq ərazilərdə axtarış-xilasetmə işləri aparılır.