Saakaşvilinin xanımı: "Mişa işini sona qədər çatdırır"

15:13 - 12 Dekabr 2017 - DÜNYA

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin xanımı Sandra Rulofs beynəlxalq ictimaiyyəti Ukrayna hökumətinə təzyiq etməyə və ərinin hüquqlarını qorumağa çağırıb.



Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Rulofs "İndependent" qəzetinə müsahibə verib.

Müsahibəsində Saakaşvilinin xanımı deyib: "Biz istəyirik ki, Qərb və beynəlxalq ictimaiyyət Ukrayna hökumətinə təzyiq etsinlər. Bununla da hökumətin bu sahədə özünü düzgün aparmasına nail ola bilərlər. Ərimin Ukrayna vətəndaşlığından məhrum edilməsini xatırlayıram. Bu qərar, beynəlxalq tənqidə səbəb oldu".
 

Saakaşvilinin dövlət çevrilişində ittiham edilməsini isə xanımı qeyri-ciddi ittiham adlandırıb: "Ərim kimi insanı Moskva ilə əməkdaşlıqda ittiham etmək gülüncdür. Onun Rusiya ilə təcrübəsinə baxıb bunu başa düşmək olar".

Bununla belə, xanım Rulofs ərinin hər zaman istədiyinə nail olan şəxs olduğunu bildirib: "Bir dəfə atam ərimdən Odessa qubernatoru olmaqdan niyə narazı olduğunu soruşdu. Amma mən 24 ildir Mişanın arvadıyam və bilirəm ki, o, işi sona qədər çatdıran insandır".

Xəbər xətti