Suriya və İraqda “terrorçu aktivliyi” zonalarında ilkin məlumatlara görə, 390 qazaxıstanlı uşaq var, onların bir hissəsi yaxın zamanlarda ölkəyə qaytarılacaq.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Nurqali Bilisbekov deyib.
Onun sözlərinə görə, 63 uşaq geri qaytarılıb, daha 50 uşağın isə yaxın zamanlarda qayıdacağı gözlənilir: “Hazırda Suriya və İraqda 16 yaşadək 390 uşaq var – 214 oğlan və 176 qız”.
N.Bilisbekov əlavə edib ki, bu rəqəmlər tam dəqiq olmaya bilər, çünki döyüş bölgələrində də qazaxıstanlılar var və onların hamısının sağ qalmasının təminatı yoxdur.