Türkiyədə Fəthulla Gülən tərəfdarlarına qarşı əməliyyatlar başladıqdan sonra İstanbul polis orqanlarından 22 987 nəfər işdən azad edilib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, xidmətdən azad edilən bütün şəxslərin Gülən hərəkatı ilə ilə birbaşa əlaqələrinin olduğu müəyyənləşib.
Qeyd edək ki, 2016-cı ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdi baş verdikdən sonra İstanbul polisində F.Gülən tərəfdarlarının olduğu üzə çıxmışdı.