BMT Yəmənlə bağlı dəhşətli rəqəmlər açıqlayıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 8 milyon 400 min insan aclıqla üz-üzə qalıb. Bu səbəbdən savaşan tərələr ölkəyə humanitar yardımın çatdırılmasına şərait yaratmalıdır.
Ötən y atılan raketdən sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən limanlarını dəniz nəqliyyatına bağlayıb. Yəmən humanitar yardımlar koordinatoru Ceymi MakQoldrik Yəmən limanlarına tətbiq edilən mühasirənin yumşaldılmasına rəğmən, vəziyyətin hələ də çox pis olduğunu bildirib.
MakQoldrik bildirir ki, əgər embarqo davam etsə, ölkəyə qida və dərman girişi mümkünsüz olacaq, bu isə ehtiyac sahibi insanların vəziyyətinə mənfi təsir göstərəcək. BMT daha əvvəlcə aclığa yaxın olan insan sayının 8 milyon olduğunu bildirmişdi. Hazırda isə bu rəqəmə 4 min də əlavə edilib.