İranda 6,1 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, zəlzələ ölkənin cənub-şərqində yerləşən Kirman şəhərində qeydə alınıb.
Yerin 5 kilometrlik dərinliyində baş verən zəlzələdə dağıntılar və insan təlafatı ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, ötən gün də İranda 5,4 bal gücündə zəlzələ baş vermişdi.