Böyük Britaniyanın BBC kanalı Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qalibin adı kanalı saytında təşkil edilən səsvermə nəticəsində məlum olub. İlk pilləni Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salah tutaraq ilin ən yaxşı oyunçusu adını qazanıb.
O, səsvermədə Sadio Mane (Seneqal, “Liverpul”), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) qabaqlayıb.
Xatırldaq ki, M.Salah bu mövsüm “Liverpul”un heyətində 24 matçda 19 qol vurub, 6 qolun ötürməsini verib.