Nyu-Yorkda törədilən son terror aktı bir daha göstərdi ki, ABŞ Konqresi amerikalıları qorumaq üçün müvafiq islahatlar həyata keçirməlidir.
SalamNews-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Tramp bildirib ki, bu islahatlar miqrasiya sahəsində də şamil edilməlidir: “Son iki ay ərzində Nyu-Yorkda iki terror hücumu baş verib. Bu gün cinayəti törədən şəxs ABŞ-a milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqramı vasitəsilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır”.