Bakıda keçiriləcək dünya çempionatının tarixi açıqlandı

11:54 - 12 Dekabr 2017 - İDMAN

2018-ci ildə Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəqiqləşib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxtımızda ilk dəfə keçiriləcək mundial sentyabrın 20-də start götürəcək.

Yarış 8 gün davam edəcək. Artıq Beynəlxalq Cüdo Federasiyası bunu təsdiqləyib və yeni ilin təqvimində rəsmiləşdirib.
 
Mundialın paytaxtımızda olması isə “Böyük Dəbilqə”nin başqa şəhərə verilməsi ilə nəticələnib. Bu dəfə yarış Almaniyanın Düsseldorf şəhərinə etibar edilib. Halbuki, bir qədər öncəyə qədər turnirin mayın 11-13-də Bakıda keçiriləcəyi açıqlanmışdı. 

Xəbər xətti