Nyu-Yorkda avtovağzal ərazisində partlayış törətməkdə şübhəli bilinən 27 yaşlı Akayed Ulla müstəntiqlərə ifadəsində hücumu ABŞ-ın İŞİD-in Suriya və başqa yerlərdəki obyektlərinə avizərbələr endirməsinə cavab olaraq həyata keçirdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Polis əməkdaşlarının məlumatına görə, şübhəli şəxs hücum üçün yeri Milad afişalardan istifadə edərək seçib.
Onun Avropadakı terror hücumları ilə "motivasiya" olduğu qeyd edilir.
Müstəntiqlər onun təkbaşına hərəkət etdiyini düşünürlər, amma digər versiyaları da araşdırırlar.
"Hesab edirəm ki, o, ölməyə hazır idi, videoda onun simləri birləşdirdiyini gördük", - hüquq-mühafizə orqanı əməkdaşlarından biri anonimlik şərti ilə deyib.
Nəşrdə həmçinin qeyd edilir ki, A.Ulla Bruklindəki Banqladeş anklavında yaşayıb. O, bombanın çertyojunu internetdə tapdığını və onu evdə yığdığını etiraf edib. Rəsmi şəxslər onun elektrik kimi çalışdığını və işi ilə əlaqədar bombası üçün materiallar tapdığını bildiriblər.