1960-cı illərdə Şimali Koreyaya sığınan Amerika əsgəri vəfat etdi

20:20 - 12 Dekabr 2017 - DÜNYA

1960-cı illərdə Cənubi Koreyada ABŞ əsgəri ikən Şimali Koreyaya qaçan amma bu ölkədə də həbs edilən Çarls Jenkins vəfat edib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Şimali Koreyada həbs edilən hərbçi məcburən filmlərə çəkilib və bir çox işlərə cəlb edilib.

"BBC"nin xəbərinə əsasən, 40 il Şimali Koreyada saxlanılan Jenkins 2004-cü ildə azadlığa buraxılıb və Yaponiyada ailəsi ilə yaşayıb.

Çarls 1965-ci ildə Cənubi Koreyada hərbi xidmətdə olub. O, Şimali koreyalıların hücumu nəticəsində ölmək və ya Vyetnama göndərilməkdən qorxduğu üçün Şimala qaçmışdı. Rus konsulluğuna sığınmaq və məhkum dəyişmək proqramı əsasında ABŞ-a qayıtmaq niyyətində idi.

Amma Rusiya Jenkins və digər 3 hərbçinin müraciətini qəbul etmədi və hərbçilər həbs edildi. Bu hərbçilər Kim Çen İnə təhsil vermək, tərcümə etmək və ingilis dili öyrətməyə məcbur edilir. Bundan başqa Şimali Koreyanın propoqanda filmlərində zalım qərbliləri canlandıran aktyorlara çevrilirlər.

Jenkins 1980-ci ildə Yaponiyadan qaçırılan bir qadınla evləndirilir və iki övlad sahibi olur. 2002-ci ildə Pxenyan və Tokio arasındakı müzakirələrdən sonra Jenkinsin xanımı azadlığa buraxılır. İki il sonra isə Çarls və iki övladı da azadlığa qovuşur.

Xəbər xətti