Qazaxıstanda il ərzində 11 terror aktının qarşısı alınıb.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bunu komiyənin sədr müavini Nurqali Bilisbekov deyib.
Parlamentin Senatında (Yuxarı palata) ekstremizm və terrorizmlə mübarizə məsələləri üzrə qanunvericiliyə dəyişikliklərə həsr olunmuş görüşdə N.Bilisbekov bildirib: "Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi bu il terror xarakterli 11 zorakılıq aksiyasının qarşısını alıb".
O əlavə edib ki, ölkədə sabit vəziyyət təmin olunub.