Putin və Ərdoğan arasında görüş başa çatdı — AÇIQLAMALAR

10:21 - 12 Dekabr 2017 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş 2 saat davam edib.

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, görüşdən sonra iki lider jurnalistlər üçün mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən Ərdoğan görüşün səmərəli keçdiyini bildirib. Onun sözlərinə görə, son vaxtlar Türkiyə ilə Rusiya arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir.
 

“Bu il Türkiyə ilə Rusiya üçün məhsuldar sayıla bilər. Bizim ikitərəfli görüşlərimiz və qarşılıqlı əməkdaşlığımız sayəsində hər iki ölkə böyük uğurlar qazanıb. Bu gün keçirilən görüş də səməərli oldu. Mühüm danışıqlar apardıq”, - deyə Ərdoğan bildirib.

 

Türkiyə rəhbəri çıxışı zamanı Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələyə də toxunub. O, bildirib ki, raketlər bu həftə ərzində gətiriləcək: “Bildirmək istəyirəm ki, “S-400” raketləri bu həftə Türkiyəyə gətiriləəck. Artıq bu istiqamətdə lazımi işləri görülüb”.

Putin də öz növbəsində çıxış edib və keçirilən görüşü uğurlu adlandırıb. Onun sözlərinə görə, Türkiyə prezidenti ilə danışıqlar işgüzar və konstruktiv şəraitdə keçib.

“Qeyd etmək istərdim ki, danışıqlar işgüzar və konstruktiv şəraitdə baş tutdu. Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini müzakirə etdik, beynəlxalq və regional gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə V.Putin bildirib.
 

Qeyd edək ki, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. Putini gətirən təyyarə Türkiyə vaxtı ilə saat 19:02-də Esenboğa Hava Limanında enib. Rusiya rəhbərini qarşılamaq üçün Türkiyədə xüsusi heyət təşkil edilib. Putini qarşılamağa gələn heyət arasında Rusiyanıni Ankara Səfiri Aleksey Yerhov da olub. 
 

Daha sonra Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş Türkiyə vaxtı ilə saat 19:45-də başlayıb. Görüş zamanı liderlər ikitərəfli əməkdaşlıq, enerji sahəsində layihələr, o cümlədən Suriya, Yaxın Şərq məsələlərini müzakirə edəcəklər. Həmçinin Qüdslə bağlı vəziyyət müzakirə obyekti olacaq.

Xəbər xətti