Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ABŞ-ın son qərarı səhv addımdır.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Ərdoğanın bəyanatına əsasən, Qüdsü İsrailin paytaxtı elan edən ABŞ Yaxın Şərqdə axan qanların iştirakçısına çevrilib: "Trampın bəyanatı bizi bağlamır, Qüds isə vahid olmadı".
Ərdoğan bildirib ki, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti yaranana qədər mübarizə davam edəcək: "Bu gün Qüdsə sahib olduğunu düşünənlər bilməlidirlər ki, sabah gizlənmək üçün ağac tapa bilməyəcəklər".