Gəncə ilə Moskva arasında aviareyslərin sayı artırıla bilər

16:08 - 11 Dekabr 2017 - DÜNYA

Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə marşrutu ilə uçuşların sayının artırılması üçün icazə alıb.
 

Bu barədə Trend Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.

Aviaşirkət reyslərin sayını həftədə 5-dən 7-dək artıracaq.
 

Eyni zamanda, analoji müraciət edən “Uralskie avialinii” aviaşirkətinin təklifi qəbul edilməyib.

Qeyd edək ki, “Utair” aviaşirkəti 2016-cı ilin martından Moskva-Gəncə reyslərini həyata keçirir.

Xəbər xətti